“İnter” daha bir itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Kaxaber Sxadadze Yohan Bokonyanonun xidmətindən məhrum olub.
Fransız futbolçu zədə səbəbindən məşqlərdən kənarda qalıb. Onun “Rəvan”la matçda iştirak etməyəcəyi gözlənir. O, “Qəbələ” matçını da eyni səbəbdən buraxmışdı.
“İnter”də Yohandan başqa Sezar Meza Kolli də zədədən əziyyət çəkir.
