Kaxaber Sxadadze Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Neftçi"-"İnter" oyunundan sonra təşkil edilən mətbuat konfransına gəlməyib.
Korner.az-ın məlumatına əsasən, klubun mətbuat katibi Səbuhi Məmmədov bildirilib ki, baş məşqçi "texniki zona"dan kənarlaşdırıldığı üçün AFFA nümayəndəsi onun mətbuat konfransında iştirakına icazə verməyib.
AFFA nümayəndəsi Mübariz Hüseynov isə bildirib ki, Kaxaber Sxadadzenin mətbuat konfransında iştirakına heç bir maneə törədilməyib.
"Sxadadze "texniki zona"dan tribunaya göndərilsə də, onun barəsində hər hansı bir intizam qərarı qəbul edilməyib. Biz "İnter" tərəfinin mətbuat konfransında iştirakı üçün onlara müraciət etmişik. Lakin görünür, Sxadadze özü konfransda iştirak etmək istəməyib.
Xatırladaq ki, ötən tur keçirilmiş "İnter"-"Simurq" matçından sonra da Kaxaber Sxadadze mətbuat konfransına qatılmamış, buna görə "İnter" 1000 manat cərimə edilmişdi.
