"İnter" "Sumqayıt"dan transfer etdiyi gən futbolçu Ramil Həşimzadədən imtina edib.
Korner.az-ın məlumatına görə, "bankirlər"lə müqavilə bağlayav və klubun hər iki təlim-məşq toplanışında iştirak etmiş gənc futbolçu bu günlərdə yenidən keçmiş klubuna qayıdıb.
Qeyd edək ki, "İnter"in əsas heyətinə düşmək şansı az olan futbolçuyla qarşılıqlı razılıq əsasında müqavilə ləğv olunub.
