“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 31-ci turunda AZAL-la matçdan (2:0) sonra fikirlərini bildirib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, bugünkü qələbənin onlar üçün vacib olduğunu vurğulayıb:
“Görürsünüz ki, “Qəbələ” necə oyun sərgiləyir. Bütün bunları nəzərə alsaq, xal itirmək olmazdı. Oyunu çox ağıllı qurmuşduq. AZAL-ın 3 sürətli oyunçusu var ki, onlar əks hücuma əla çıxırlar. Biz də 3 mərkəz müdafiəçisi ilə oynayıb, AZAL tərəfdən gələ biləcək təhlükəni qarşılamış olduq. Daha sonra topu özümüzdə çox saxladıq və lazım olan vəziyyətlərdə qol vura bildik”.
