“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi”yə qarşı cavab oyununu dəyərləndirib.
Korner.az-ın məlumatına görə, baş məşqçi oyuna görə təəssüfləndiyini bildirib.
Sxadadze açıqlamada bunları da dilə gətirib: “Təəssüf ki, qol vura bilmədik. İki oyunun nəticəsinə görə məğlub olduq. İlk oyunda “Neftçi”nin qapısına 12 zərbə endirdik, ondan biri qol oldu. Bu gün isə o qədər qol imkanımız olmadı”.
