“Qalib gəldiyimiz üçün şadam. Oyunun taleyini artıq ilk hissədə həll edə bilərdik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “İnter” – “Bakı” matçından sonra meydan sahiblərinin Kaxaber Sxadadze deyib.
Gürcü çalışdırıcı komandasının ikinci hissədə daha çox top buraxmasından şikayətlənib: “İkinci hissədə daha çox qol buraxırıq. Qapımıza vurulan qolları, demək olar ki, rəqibə hədiyyə edirik. Qalib gəlib Avroliqaya vəsiqə qazandıq. Komandanı təbrik edirəm”.
