Topaz Premyer Liqasının XXII turunda “Bakı”nı qəbul edən “İnter” 4-0 hesablı qələbə qazanıb.
Korner.az-ın məlumatına görə, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze oyun haqqında fikirlərini bölüşüb:
“Hər birimiz bilirik ki, “Bakı”nın problemləri var. Biz sərbəst şəkildə oyuna çıxmalı idik. Oyunun əvvəlində qol vura bildik. Futbolçularımın 4 qol vurması məni sevindirir. Amma bir məsələ də var ki, 2 qol vurduqdan sonra oyunçularım ötürmələrdə səhvlər edirdilər. Qarşıda bizim çox çətin oyunlarımız var, qrafik sıxdır”.
