"Oyunda mümkün olan hər şey oldu: qollar penalti və qırmızı vərəqələr. Futbolçumuz meydandan qovulana qədər çox ağıllı oynadıq, öz şanslarımızdan istifadə etdik".
Korner.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Georgi Sxadadze Azərbaycan Premyer Liqasının 33-cü turunda"Nefçi"yə qalib gəldikləri oyundan sonra deyib.
"Qırmızıdan sonra normal olaraq rəqib təşəbbüsə yiyələndi. Mən oyundan öncə futbolçularıma dedim ki, siz mənim qəhrəmanımızsız. Problemlərimiz oyunumuzda hiss olunmur. Tragedik vəziyyət yaranıb. Gələcəyi bilmək olmaz. Amma bu klub yaşamalıdı. Özümdə anlaşılmaz hisslər var: bilmirəm, sevinim, yoxsa kədərləndim. Yanvarda artıq bizim büdcə pis vəziyyətdə idi.
Bu seriyanı qorumağa çalışacağıq. Ən azından rəqabət olacaq və liqa daha maraqlı olacaq. Oyunumuzla çempionata maraq qalmışıq. Daha yaxşı olardı ki oyuna çox azarkeş gələrdi", – deyə o, bildirib.
