Topaz Premyer Liqasının 23-cü turunda səfərdə “Qəbələ” klubunu 2-1 hesabı ilə məğlub edən “İnter” lider “Neftçi” ilə xal fərqini minumuma endirdi.
Korner.az oyundan sonra keçirilən mətbuat konfransından hər iki klubun baş məşqçilərinin səsləndirdiyi fikirlərlə sizi tanış edir.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “İlk altılıqda oyunlar çətin və gərgin keçir. Bugünkü oyunda qələbə qazandığımız üçün komandama təşəkkür edirəm. Külək 1-ci hissədə bizim, 2-ci hissədə isə “Qəbələ”nin oyununa təsir etdi”.
Ramiz Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Hər oyunda 5-6 qol epizodumuz olur. Lakin istifadə edə bilmirik. Mövsümün sonunda bəzi futbolçular komandadan göndəriləcək. Qarşıda oyunlarımız var. Avrokuboklara qatılmaq şanslarımız bitməyib”.
