“Qələbə qazanmaq vacibdir. Sevinirəm ki, qələbə qazandıq. Bu, müsbət məqamdır”.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 30-cu turunda qalib gəldikləri “Bakı” ilə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis komandasının minimal hesabla qələbə qazanmasından gileylənib:
“Hesab edirəm ki, 6:0 hesabı ilə qələbə qazana biləcəyimiz oyunda sadəcə 2:1 hesabı ilə üstün olduq. Tez bir zamanda bu oyunu unudub, kubokun cavab qarşılaşmasına hazırlaşmalıyıq”.
