Topaz Premyer Liqasının XX turunda “İnter” səfərdə “Rəvan”ın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
Korner.az-ın məlumatına görə, oyundan sonra “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadze bu fikirləri səsləndirib:
“İlk növbədə qələbəyə layiq olduğumuzu qeyd edim. İlk hissədə hər hücumumuzda qol vəziyyəti yaradırdıq, lakin istifadə edə bilmirdik. Fasilədə futbolçulara dedim ki, oyundakı vəziyyət əleyhimizə dəyişə bilər, futbol belədir. Qələbə topunu vura bildik. Hər bir rəqibi ciddi qəbul etmək lazımdır. Bugünkü oyundan dərs almalıyıq”.
