“İlk hissədə dinamik oyunun şahidi olduq. Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri yaranırdı. Bəzi epizodlarda müdafiəçilər səhvlər etdilər. Amma Səlahət Ağayev əla oyun sərgilədi”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 32-ci turunda “Simurq”a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, komandasının oyunundan tam razı qalmadığını bildirib:
“Amma qalib gələrək xal ehtiyatımızı zənginləşdirdik.Son zamanlar hər iki komandada problem var. Bir müddətdir ki, maaş almayan oyunçuların sərgilədiyi futbol isə alqışalayiqdir. Ümid edirəm ki, vəziyyət düzələcək”.
