İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in futbolçusu Bastian Şvaynştayqerə ABŞ-ın “Çikaqo Fayr” klubundan təklif gəlib.
Korner.az-ın məlumatına görə, bu haqda “ESPN” xəbər yayıb.
“Çikaqo Fayr”ın 2 illik müqavilə və 16.5 milyon dollar təklif etdiyi və alman futbolçunun bu təklifi qəbul etdiyi bildirilir.
Xatırladaq ki, 32 yaşlı son dünya çempionu 2015-ci ildə 9 milyon avro qarşılığında “Bavariya”dan “Mançester Yunayted”ə transfer olunmuşdu.
