Şvaynştayger karyerasını bitirdi
08.10.2019 , 19:49

“Bavariya” və Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger karyerasını başa vurub.
Korner.az xəbər verir ki, futbolçu sosial şəbəkədə bu məlumatı paylaşıb:
“Karyeramı başa vurmağın zamanı gəldi! Bütün komandalarıma: “Bavariya”, “Mançester Yunayted”, “Çikaqo Fayr” və Almaniya millisinə təşəkkür edirəm. Təbii ki, mənə dəstək olan xanımım Anna İvanoviçə və ailəmə də təşəkkür edirəm. Çox sağolun”.
Qeyd edək ki, Bastian 2002-2015-ci illərdə “Bavariya”nın forması geyinib, 2015-2017-ci illərdə isə “Mançester Yunayted”də oynayıb.
