“Ardıcıl ikinci oyunda uduzduq. Çalışacağıq ki, vəziyyəti düzəldək”.
Korner.az-ın “futbolxeber.az”a istinadən verdiyi məlumata görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 20-ci turunda evdə “Qəbələ”yə uduzduqları oyundan (0:1) sonra deyib.
Gürcüstanlı komandasında qol vuran hücumçunun çatışmadığını bildirib: “Kənar məsələlərin söhbətə aidiyyatı yoxdur. Komanda maaş alır və rəhbərlik əlindən gələn edir.
Bəli, bu gün uduzduq və çalışacağıq ki, bu vəziyyətdən çıxaq. Birinci hissədə şanslarımız olsa da, yararlana bilmədik. Bunu aradan qaldırmalıyıq. Komandamızda qol vuran hücumçu çatışmır”.
