I Divizion təmsilçisi “Şüvəlan” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
Qəsəbə klubu daha bir yoldaşlıq görüşü keçirəcək. Aqil Nəbiyevin yetirmələri bu dəfə Premyer Liqada mübarizə aparan “Səbail”lə qarşılaşacaq. Görüş avqustun 5-də keçiriləcək.
“Dalğa Arena”da baş tutacaq matç saat 18:00-da başlayacaq.
Xatırladaq ki, “Şüvəlan” hazırlıq çərçivəsində 6 yoxlama oyunu keçirib. Qəsəbə təmsilçisi “Qaradağ Lökbatan”a 3:1 , “Zirə”nin əvəzedici heyətinə 5:0, “Sumqayıt”ın əvəzedicilərinə 2:0 hesabı ilə qalib gəlib, “Neftçi”yə 0:2, “Zirə”yə isə 0:4, 19 yaşlıardan ibarət milli komandamıza isə 0:2 hesabı ilə uduzub.
