“Şüvəlan” klubu fəaliyyətini dayandırdı
22.07.2019 , 17:49

Ötən mövsüm Azərbaycan I Divizionunda çıxış edən “Şüvəlan” klubu fəaliyyətini dayandırıb.
Korner.az xəbər verir ki,klubun iclasında qərar qəbul edilib.Qərara əsasən,paytaxt təmsilçisi bundan sonra fəaliyyət göstərməyəcək.Komandanın bütün futbolçularına azad agent statusu verilib.
Qeyd edək ki, “Şüvəlan” 2017-ci ilədək AZAL-ın adını daşıyırdı.
