“Survivor”un Aycanı bu kluba keçdi
02.05.2023 , 11:02

“Survivor” proqramı ilə yaxından tanıdığımız Aycan Yanaçın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, futbolçu yeni mövsümdə “Karagümrük”də çıxış edəcək.
Klubun yaydığı xəbərə görə, İstanbul təmsilçisi 25 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalayıb.
Aycan son olaraq ALG Spor klubunda çıxış edib.
