“Survivor”u tərk edən Pərvizə daha bir şok xəbər
09.04.2020 , 10:39
“Pərviz Abdullayev ən azı mayın ortasınadək Dominikanda qalacaq. Ondan əvvəl “Survivor”dan çıxanlar da həmin ölkəni tərk etməyib. Onlar hamısı hoteldə qalır”.
Bunu oxu.az-a “Kobra” ləqəbli kikboksçu Pərviz Abdullayevin şəxsi məşqçisi Mehman Umudov deyib. O, dünən SMS səsverməsi ilə “Survivor” yarışını tərk etmiş Pərviz Abdullayevin Bakıya qayıtmayacağını bildirib:
“İndi heç bir ölkəyə uçuş yoxdur. Uçuş olsa, ABŞ-a, ordan da Türkiyəyə getməlidir. ABŞ bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb. Türkiyədə də karantinə alınacaq. Elə Dominikanda qalsa, yaxşıdır”.
Şimali Amerika materikində – Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin həmin ölkədə hələlik ölüm faktı qeydə alınmayıb.
