Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya” (Dortmund) suriyalı futbolçu Mahmud Dahudu transfer edir.
Korner.az-ın məlumatına görə, bu haqda oyunçunun hal-hazırda şərəfini qoruduğu Münhenqlabax “Borussiya”sının rəsmi saytı xəbər yayıb.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi “Borussiya”ya (Münhenqlabax) 2010-cu ildə transfer olunub və Bundesliqada 52 oyunda iştirak edib.
