“Sürix” aparıcı futbolçusunu satır
26.07.2022 , 12:27

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçrə “Sürix”i futbolçusu Vilfred Qnonto ilə yollarını ayırmağa hazırlaşır.
Korner.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə Almaniyanın “Hoffenhaym” və Niderlandın “Feyenoord” klubları yaxından maraqlanır.
“Sürix” italyan forvardı 10 milyon avroya satmağa razıdır. Klub Qnontonun satışından gələn gəlirlə maliyyə durumunu yaxşılaşdırmaq istəyir.
“Qarabağ” Bakıdakı ilk matçda “Sürix”I 3:2 hesabıyla məğlub edib. Komandalar arasında cavab matçı iyulun 27-də İsveçrədə olacaq.
