Almaniyalı hücumçu Mario Qomez mövsümün sonunda “Beşiktaş”da qalmayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə türk mətbuatı yazıb.
Müqavilə ilə “Fiorentina”ya məxsus olan 31 yaşlı hücumçunun İstanbul klubu ilə icarə müqaviləsi başa çatır.
“Beşiktaş”da qalmayacağını açıqlayan Almaniya millisinin üzvü “Fiorentina”ya dönmək fikrində də deyil. Ona Avropanın bir çox klublarından təklif gəldiyi bildirilir.
