Türkiyə Superliqasına yüksəlməklə eynin uğuru göstərə bilməyən və yenidən PTT birinci Liqasına yuvarlanan “Orduspor” Azərbaycandan futbolçu almağı planlaşdırır.
Korner.az-ın məlumatına görə, bu haqda klubun prezidenti Nedim Türkmən bildirib.
Ordu təmsilçisinin başqanı deyib ki, növbəti mövsüm üçün hədəfləri yenidən superliqaya qayıtmaqdır: “Buna görə bir neçə futbolçu alacağıq. Transferlərimiz sırasında Azərbaycan və Qazaxıstandan futbolçular ola bilər”.