Yunanıstan superliqasında 2014/2015 mövsümünün qalibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Olimpiakos” çempionatın qızıl medallarına yiyələnib.
Superliqanın 31-ci turunda evdə “Levadiakos”u 4:0 hesabı ilə məğlub edən “Olimpiakos” ən yaxın izləyicisi PAOK-u 13 xal qabaqlayıb. Bununla da, “Olimpiakos” sona üç həftə qalmış 42-ci çempionluğunu rəsmiləşdirib.
