Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Tolunay Kafkas istefa verib.
Korner.az-ın məlumatına görə, buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub.
Komandanın superliqanın geridə qalan 23 turundan sonra 23 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşmasından narazı olan rəhbərlik Kafkasın istefasını qəbul edib. 47 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
