Superkubokun sahibi – PSJ
04.08.2018 , 19:56

Fransa Superkubokunun sahibi müəyyənləşib
Həlledici görüşdə son çempion PSJ ilə ölkə kubokunun qalibi “Monako” üz-üzə gəliblər. Çində keçirilən qarşılaşma Paris klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt təmsilçisinin heyətində qolları Anhel di Mariya (33 və 90), Kristofer Nkunku (40) və Timoti Vea (67) vurublar.
