Superkubokun sahibi müəyyənləşdi
05.08.2018 , 17:43

Portuqaliya superkubokunun qalibi müəyyənləşib.
Həlledici matçda “Portu”və “Aveş” qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn “Portu” tarixində 21-ci dəfə superkubokun sahibi olub. Bu isə rekord göstəricidir.
“Portu” – “Aveş” – 3:1
Qollar: Kladio Falkao, 14 (0:1), Brahimi, 25 (1:1), Pereyra, 67 (2:1), Korona, 84 (3:1)
