Superkubokun qalibi müəyyənləşdi – VİDEO
07.01.2025 , 11:10
İtaliya superkubokunun qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, həlledici görüşdə “İnter” “Milan”la qarşılaşıb.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan matçda “Milan”qələbə qazanıb – 3:2.
Bu, “Milan”ın tarixində qazandığı 8-ci İtaliya superkubokudur.
“İnter” – “Milan” – 2:3
Qollar: Lautaro Martinez, 45+1. Mehdi Taremi, 47 – Teo Hernandes, 52. Kristian Pulişiç, 80. Temmi Abraham, 90+3.