UEFA superkuboku çərçivəsində İspaniyanın “Real” (Madrid) və “Sevilya” klubları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.
Korner.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Norveçdə keçiriləcək oyunu serbiyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Milorad Maziç olacaq. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç köməklik edəcək. Polşalı Simon Marçinyak isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
