UEFA Super Kubokunun finalında keçirilən “Real” – “Mançester Yunayted” görüşünün (2:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Qitənin ali futbol qurumu Madrid klubunun yarımmüdafiəçisi İskonu ən yaxşı oyunçu seçib. İspan oyunçu sözügedən qarşılaşmada komandasının ikinci qolunun müəllifi olub. Matçdan sonra ona xüsusi mükafat verilib.
Qeyd edək ki, start heyətdə meydana daxil olan İsko 74-cü dəqiqədə əvəzlənib.
