Superkubokda ilk finalçı – “Qalatasaray”!
06.01.2026 , 10:30
Türkiyə Superkubokunda finalın ilk iştirakçısı müəyyənləşib.
Korner.az xəbər verir ki, yarımfinal mərhələsində “Qalatasaray” doğma azarkeşləri önündə “Trabzonspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi oyuna tam nəzarət edərək rəqibini 4:1 hesabı ilə məğlub edib.
Bu qələbə “Qalatasaray”a Superkubokun finalına vəsiqə qazandırıb. “Sarı-qırmızılar” həlledici görüşdə sabah keçiriləcək “Fənərbağça” – “Samsunspor” matçının qalibi ilə qarşılaşacaqlar.
Türkiyə Superkuboku
Yarımfinal
“Qalatasaray” – “Trabzonspor” – 4:1
Qollar: B. Yılmaz (38), E. Elmalı (45+3), Y. Akgün (63), M. İkardi (81) – F. Auqusto (55)