Superkubokda final: “Real” – “Barselona”
09.01.2026 , 10:45
“Real” İspaniya Superkubokunda finala vəsiqə qazanıb.
Korner.az xəbər verir ki, Madrid klubu yarımfinal mərhələsində “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.
“Kral klubu”nun heyətində qolları Federiko Valverde və Rodriqo vurub. “Atletiko”nun yeganə qolunun müəllifi isə Aleksander Sörlot olub.
Finalda “Real”ın rəqibi “Barselona” olacaq.