“Neftçi” və “Xəzər Lənkəran” arasında keçiriləcək Superkubok oyununun vaxtı avrokubokların püşkatmasından sonra bəlli olacaq.
Bu barədə Korner.az-a PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, hər iki klubun mövqeyi öyrənildikdən sonra, onların avrokuboklardakı matçlarına maneə törətməmək şərti ilə Superkubok matçı keçiriləcək. Bu isə iyun ayının 24-dən sonraya təsadüf edəcək.