Superkubok üçün 7 milyon avro
16.08.2018 , 18:30

UEFA Super Kuboku oyunlarının təşkili Estoniyaya 7 milyon avroya başa gəlib
Yerli mətbuata açıqlama verən Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak bildirib ki, Estoniya hökuməti paytaxt Tallində matçın keçirildiyi “Lilleküla” stadionunun yenidənqurması üçün 5 milyon avro ayırıb. Milli assosiasiya isə 2 milyon avro sərf edib.
Qeyd edək ki, Superkubokda iki İspaniya komandası – Çempionlar Liqasının qalibi “Real Madrid”lə Avropa Liqasında birinci olan “Atletiko” qarşılaşıb. Oyun Dieqo Simeonenin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
