UEFA superkuboku çərçivəsində keçiriləcək “Barselona” – “Sevilya” oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytından məlumat verilib.
Belə ki, görüşün baş hakimi Uilyam Kollum olacaq. Ona həmyerlisi Frensis Konnor və irlandiyalı hakim Damyen Makqreyt yardım edəcək. Qrem Çembers isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Barselona” – “Sevilya” matçı avqustun 11-də, Tiflisin “Boris Payçadze” adına “Dinamo” stadionunda keçiriləcək.
