Avqustun 13-də “Qarabağ” və “Neftçi” klubları arasında Qəbələdə keçirilməli olan Superkubok oyunu təxirə salına bilər.
Korner.az-ın məlumatına görə, məsələ burasındadır ki, hər iki komandamız Avropa Liqasında pley-off oynayacaq. Vacib matçları nəzərə alan “Neftçi” və “Qarabağ” Superkubok oyununun başqa bir vaxta keçirilməsini istəyiblər. Mümkün zədələr və digər məqamlardan qorunmağa çalışan klubların istəkləri böyük ehtimalla yerinə yetiriləcək.
