Sabah keçiriləcək UEFA Superkubokunda Madrid “Real”ı daha bir ulduzunun xidmətindən yararlana bilməyəcək.
Korner.az-ın məlumatına görə, paytaxtlıların yarımmüdafiəçisi Qaret Beylin “Sevilya”ya qarşı baş tutacaq möhtəşəm matçı kənarda izləyəcəyi bəlli olub.
“Marka” nəşri yazır ki, komanda ilə məşqlərə şənbə günü qoşulan və hələ ideal formada olmayan 27 yaşlı futbolçunun adının iştirak ərizəsinə salnmamasını baş məşqçi Zinəddin Zidan istəyib.
Beylin komanda yoldaşlarını dəstəkləmək üçün qarşılaşmanın keçiriləcəyi Norveçə gedib-getməyəcəyi də hələ bəlli deyil.
Qeyd edək ki, sözügedən oyunda komandanın lideri Kriştiano Ronaldonun da oynamayacağı dəqiqdir.
