“Barselona”nın braziliyalı futbolçusu Neymar Avropa Superkuboku uğrunda “Sevilya”ya qarşı oyunda iştirak edə bilməyəcək.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri məşhur ispan dərgisi “Marca” yayıb.
Aparıcı futbolçu “svinka” kimi tanınan qulaqdibi iltihabına tutulub.
Məhz parotit yoluxucu xəstəliyi ucbatından onun həmçinin İspaniya Superkubokunun oyunlarını da buraxacağı bildirilir.
