Super Liqada klubunu dəyişir
17.04.2025 , 23:30

“Fənərbağça”nın futbolçusu İrfan Can Kahveci klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, “Trabzonspor” 29 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, İrfan Canın da klubunu dəyişməyə müsbət baxdığı bildirilib.
Buna səbəb, oyunçunun İstanbul təmsilçisində az forma şansı qazanmasıdır.
Tərəflərin transferlə bağlı yaxın zamanda danışıqlara başlayacağı gözlənilir.
