Super Liqa klubunda ayrılıq
26.12.2023 , 14:31

Uzun illər Super Liqada çıxış edən Yunes Belhandanın “Adana Dəmirspor” karyerası başa çatır.
Korner.az xəbər verir ki, klub prezidenti Murat Sancakla fikir ayrılığından sonra müqaviləsinə xitam veriləcəyi dəqiq hesab edilən mərakeşli yarımmüdafiəçinin yeni ünvanı da bəlli olur.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. O, karyerasını “Pendikspor”da davam etdirəcək.
