Super Liqada çempion müəyyənləşdi
20.07.2020 , 16:59

Türkiyə Super Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, XXXIIII turda evdə “Kayserispor”u 1:0 hesabı ilə məğlub edən “Başakşəhər” çempionluğu rəsmiləşdirib.
İstanbul təmsilçisi sona 1 tur qalmış ən yaxın izləyicisi “Trabzonspor”u 7 xal qabaqlayır. Komanda tarixində ilk dəfə ölkə çempionu olub.
