Türkiyə Super Liqasında mübarizə aparan “Osmanlıspor”un baş məşqçisi Mustafa Reşit Akçay istefa verib.
Korner.az-ın məlumatına görə, baş məşqçi bu gün “Kasımpaşa”ya qarşı 3-2 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib.
Mütəxəssis oyundan sonra bunları deyib: “Futbolçularım oyunda əllərindən gələni etdi. Lakin bəzən yaxşı şeylər etsəz də, nəticə istədiyiniz kimi olmur. Son zamanlar biz bu vəziyyətlə tez-tez qarşılaşdıq. Klubun gələn mövsüm ilə əlaqədar daha düzgün qərarlar qəbul etməsi üçün istefa verirəm”.
