Super Liqa klubundan yeni transfer
24.09.2020 , 20:24

“Rizəspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Trabzonspor”dan ayrılan yarımmüdafiəçi Doğan Erdoğanı transfer edib.
24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Doğan Erdoğan, “Trabzonspor”a ötən mövsümün əvvəlində LASK klubundan transfer olunmuşdu.
