Super Liqa klubundan yeni transfer
08.02.2024 , 22:51

“Adana Demirspor” növbəti transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, Adana təmsilçisi “Hapoel”dən Xose Rodriqesi heyətinə qatıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
