Super Liqa klubundan yeni transfer
12.02.2023 , 17:43

“Antalyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Lokomotiv” (Moskva) klubunun müdafiəçisi Mark Mampassini heyətinə cəlb edib.
19 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
Mampassi Donetsk “Şaxtyor”unun yetirməsidir.
