Super Liqa klubundan yeni transfer
19.07.2021 , 15:05
“Göztəpə” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı Lorensini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Lorensi 2019-cu ildən Portuqaliyanın “Jil Visente” klubunda forma geyinirdi.