Super Liqa klubundan yeni transfer
03.06.2021 , 19:11

“Hatayspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi Fatih Kurucuku transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
“Hatayspor” Fatihdən öncə Osman Şahin və Emre Çolakı da heyətinə qatmışdı.
