Super Liqa klubundan iki yeni transfer
06.07.2023 , 12:50

“Hatayspor” heyətini yeni futbolçularla gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi gürcü yarımmüdafiəçi Georgi Aburcaniya və serb müdafiəçi Nikola Maksimoviçlə güclənib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.
