Super Liqa klubundan futbolçuya son təklif
07.01.2025 , 16:26
“Fənərbağça” təcrübəli sağ cinah müdafiəçisi Osayi-Samuelə müqaviləsinin uzadılması ilə bağlı rəsmi təklif göndərib.
Korner.az xəbər verir ki, 27 yaşlı futbolçu ildə təxminən 2,5 milyon avro maaş tələb edir.
Klub rəhbərliyi oyunçuya 3 il üçün cəmi 6 milyon avro verməyi planlaşdırır.
Nigeriyalı futbolçu hələlik təklifə cavab verməyib.
Osayi Samuelin “Fənərbağça” ilə müqaviləsi iyunun 30-da başa çatacaq və onun adı son günlər “Qalatasaray”la hallanmağa başlayıb.
27 yaşlı futbolçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində 19 matçda 1 məhsuldar ötürmə edib.