Super Liqa klubunda yeni müqavilə
27.02.2021 , 15:36
“Hatayspor” baş məşqçisi Ömər Ərdoğanla müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin yeni sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Ömər Ərdoğan ötən ildən “Hatayspor”u çalışdırır.